Neymar "Barselona"nın transfer siyahısında birincidir. Matc.az xəbər verir ki, Kataloniya klubu PSJ-də çıxış edən futbolçunu heyətinə qatmaqda israrlıdır.

Məlumata görə, komandanın kapitanı Lionel Messi Neymarın gətirilməsini arzu edir. Rəhbərlik braziliyalını transfer etmək istəsə də, tələb olunan məbləği ödəyə bilmir. Paris təmsilçisi isə Neymarı buraxmaq istəmir. Fransa mətbuatı oyunçunun ayrılmaq istədiyi təqdirdə PSJ-nin ona icazə verməyə məcbur qalacağını yazır. 

Qeyd edək ki, "Barselona" Neymarı daha öncə icarəyə götürmək istəsə də, Paris klubu təklifi geri çevirmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest