17 Aprel 2020, 00:17
DİGƏR
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil etdiyi internet üzərindən şahmatın bullet növü üzrə 1-ci Azərbaycan çempionatına yekun vurulub.
Matc.az xəbər verir ki, yarışda 92 şahmatçı mübarizə aparıb.
17 turdan ibarət çempionatın qalibi Eltac Səfərli olub. Azərbaycan millisinin üzvü və Avropa çempionu 14 xal toplamaqla hamını qabaqlayıb. Hərəyə 13.5 xal yığan millimizin digər üzvləri Rauf Məmmədovla Qədir Hüseynov ikinci və üçüncü yeri tutub.
Yarışın ümumi mükafat fondu 15 min manat idi. Qalib Eltac Səfərli 3 min manat qazanıb.