"Polşanın "Visla"komandasında çıxış edərkən "Volfsburq"a yoldaşlıq görüşündə qol vurdum. Sonra Almaniya təmsilçisinin nümayəndələri  klubumla əlaqə saxladılar. Lakin Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu".

Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Donald Gerye "Haiti-Tempo" nəşrinə açıqlamasında deyib. O, "Qarabağ"la müqavilə imzalayarkən də eyni səbəbdən çətinlik yaşadığını bildirib:

"Pasporta görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun. Ona müraciət etdik ki, milliyə çağırılan futbolçuların diplomatik pasporta sahib olmasına icazə verilsin.Yalnız bu halda xaricdə oynamamız asanlaşacaqdı".

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, cari mövsümdən "Neftçi"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest