"Barselona" Rafinyadan sonra daha 3 futbolçusunu itirib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalıdan fərqli, onların durumu o qədər də ağır deyil.

Hücumçu Luis Suares dizindəki zədəyə görə 2 həftə kollektivdən ayrı qalmalı olacaq. "Atletiko" ilə çempionat matçı öncəsi məşqdə sağ ayağından xasarət alan ehtiyat qapıçı Yasper Silessen 2-3 həftə zədəsini sağaltmaqla məşğul olacaq.

Yarımmüdafiəçi Artur isə əzələ yüklənməsi ucbatından PSV ilə çempionlar Liqası qarşılaşmasını buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest