Almaniyanın "Hannover" klubu baş məşqçisi Kenan Koçakla müqavilə müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Yeni müqaviləyə əsasən türkiyəli mütəxəssis 2023-cü ilin yayına qədər "Hannover"i çalışdırmağa davam edəcək.
 
39 yaşlı mütəxəssis 2019-cu ilin noyabr ayından "Hannover"i çalışdırır. Sözügedən komanda koronavirus pandemiyasına yarımçıq dayandırılmış 2-ci Bundesliqada 25 oyuna topladığı 32 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest