İtaliyanın idman naziri Vinçentso Spadafora ölkədəki idman turnirlərinin gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, o, hər şey normala dönməyincə A Seriyasın bərpasının mümkün olmayacağını bildirib:

"Mətbuat yalnız futbola yönəlib, mövsümün yenidən davam edib-etməyəcəyi barədə danışır. Lakin idman yalnız futboldan ibarət deyil. Hazırda bütün yarışlar dayanıb. Məncə, fövqəladə vəziyyətdən sonra bu sahəni yenidən təşkil etməliyik. İdmanın böyük iqtisadi və sosial dəyərini nəzərə alaraq, sıfırdan başlamaq lazımdı. İşimizi bərpa etmək istəyirik, amma ilk vəzifəmiz vətəndaşların sağlamlığının qorunmasına zəmanət verməkdir. Yalnız bundan sonra komandaların mayın 4-də məşqləri bərpa edəcəyini deyə bilərik. Əgər insanların sağlamlığından əmin olsaq, mövsümün yenidən başlanmasını müzakirə edə bilərik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest