İtaliyanın "İnter" klubunun hücumçusu Romelu Lukaku koronavirus pandemiyası və karyerası ilə bağlı açıqlama verib.
 
Matc.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan belçikalı futbolçu, yanvar ayında "İnter"in futbolçularında virusun simptomlarının olduğunu bildirib:
 
"Dekabrda bir həftə tətil etdik. Tətildən qayıdanda 25 futbolçudan 23-ü xəstə idi. Bu, zarafat deyil. "Kalyari" ilə qarşılaşmada (1:1) müdafiəçimiz Milan Şkrinyar oyuna davam edə bilmədi və 25 dəqiqə sonra əvəzləndi. Həmin vaxt komandada hər kəsin yüksək temperaturu var idi, mənim də həmçinin. Uzun illər idi ki, belə hal yaşamamışdım. Bu hal yaşananda bizi koronavirus testindən keçirmədilər".
 
Karyerası ilə bağlı danışan Lukaku, futbolu sabiq klubu "Anderlext"də bitirmək istədiyini bildirib:
 
"16 yaşımdan peşəkar futboldayam və 36 yaşıma qədər oynamaq istəyirəm. Karyeramı "Anderlext"də bitirməyi arzulayıram. Karyeramın başladığı yerə qayıdıb, futbolu orda bitirəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest