Türkiyənin "Dənizlispor" klubunun qapıçısı Adam Staxovyak Super Liqa klubu ilə müqaviləsinə xitam verib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 2 aydı Dənizli klubundan maaş ala bilməyən polşalı qapıçı müqaviləyə birtərəfli qaydada xitam verib. Klub legioner futbolçunun bu addımının yaxşı niyyətli olmadığını bəyan edib.
 
"Dənizlispor"dan verilən məlumatda o da qeyd olunub ki, koronavirus pandemiyası ilə əlaqədar yaranmış çətinliklərə rəğmən ötən həftə futbolçulara 1,5 milyon lirəlik ödəmə edilib. Bu həftə də eyni miqdarda ödəmə həyata keçiriləcək.
 
33 yaşlı polşalı qolkiper 2018-ci ildən "Dənizlispor"da çıxış edirdi.
 
Xatırladaq ki, Super Liqada daha öncə "Beşiktaş"ın qapıçısı Loris Karius məvacibinin gecikməsinə görə klubla müqaviləsinə xitam vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest