Futbol üzrə Uels yığmasının və İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Qaret Beyl də koronavirus pandemiyası ilə əlaqədar yardım kampaniyasına qoşulub.
 
Matc.az xəbər verir ki, ulduz futbolçu Uels Universiteti Xəstəxanasına 500 min funt-sterlinq bağışlayıb. Bu barədə sözügedən xəstəxananın yaydığı açıqlamada bildirilir:
 
"Uels yığmasının və "Real"ın futbol əfsanəsi Qaret Beyl və həyat yoldaşına böyük yardımı üçün təşəkkür edirik".
 
30 yaşlı futbolçu bununla bağlı açıqlama da verib: "Ən çətin mübarizə hazırda səhiyyə işçilərinin üzərinə düşür. Bu xəstəxana mənim üçün çox özəldi. çünki mən burada anadan olmuşam. Xəstəxananın mənə və ailəmə böyük xidmətləri olub. Biz də indi onlara dəstək vermək istədik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest