Futbol üzrə Almaniya yığmasının və İngiltərənin "çelsi" klubunun müdafiəçisi Antonio Rudiger koronavirus pandemiyası ilə mübarizəyə növbəti töhfəsini verib.
 
Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu 1993-cü ildə doğulduğu Berlindəki xəstəxanalardan birinin 3 aylıq yemək xərclərini üzərinə götürüb. Bu barədə Rudiger özü açıqlama verib:
 
"Berlində ən çox haralara yardım lazım olduğu ilə maraqlandım. öyrəndim ki, karantinlə əlaqədar hər yer bağlı olduğu üçün xəstəxanada çalışan həkimlərə, tibb bacılarına yemək-içmək tapmaq çətinləşib. Bu üzdən də onların yemək xərclərini 3 aylıq ödəməyə qərar verdim. Berlinə gənclik dövrümdə mənə verdiyi hər şey üçün minnətdaram. İndi isə bəzi şeyləri geri ödəmək zamanıdı".
 
Rudiger daha öncə İngiltərədə də səhiyyə işçilərinin şəraitinin yaxşılaşdırılması üçün maddi yardımlar etmişdi.
 
Xatırladaq ki, Rudigerdən öncə Uels yığmasının və Madrid "Real"ının yarımmüdafiəçisi Qaret Beyl anadan olduğu xəstəxanaya 500 min funt-sterlinqlik yardımı ilə diqqət çəkmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest