Lüksemburq millisi UEFA Millətlər Liqasındakı oyunlarını yeni tikilən Milli Stadionda keçirə bilməyəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filipp məlumat verib.

Məlumata görə, assosiasiya rəhbəri arenadakı işlərin koronavirus pandemiyası ilə əlaqədar ləngidiyindən Millətlər Liqasındakı qarşılaşmaları yeni stadionda oynamağın mümkün olmayacağını söyləyib.

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro birgə mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest