PSJ-nin hücumçusu Neymarın gələcəyi qeyri-müəyyən olaraq qalır. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu "Barselona"ya keçsə, maaşında ciddi azalma olacaq.

Məlumata görə, Neymar hazırda PSJ-də illik 52 milyon avro qazanır. Kataloniya klubu isə futbolçuya 20 milyon avro təklif edir. Ancaq 28 yaşlı oyunçunun buna müsbət yanaşmadığı bildirilir.

Bununla yanaşı, Paris təmsilçisi Neymara yeni müqavilə təklif etməyə hazırlaşır. Sözləşməyə əsasən, braziliyalı illik 38 milyon avro alacaq. Ancaq bu rəqəm bonuslarla birlikdə 50 milyonu keçir. Bu səbəbdən də ulduz futbolçunun "Barselona"ya keçidi baş tutmayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest