"Barselona" yayda hücum xəttini gücləndirməyi düşünür. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu "İnter"in forvardı Lautaro Martinesdən sonra diqqətini almaniyalı oyunçuya çevirib.

Məlumata görə, "Barselona" "Leyptsiq"in hücumçusu Timo Verneri heyətinə qatmaq niyyətindədir. Rəhbərlik Martinesin transferinin çətin olacağını düşünür. Bu səbəbdən də klub nümayəndələrinin Vernerin agenti ilə əlaqə saxladığı bildirilir. Almaniyalı hücumçu ilə "Liverpul" da maraqlınır. Xəbərdə Vernerin atasının oğlunun "Barselona"ya getməsinə müsbət yanaşdığı qeyd edilib.

Qeyd edək ki, 24 yaşlı forvard bu mövsüm Bundesliqada 25 matçda 21 qol  vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest