Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyasının tamamlanma tarixi ilə bağlı yeni vaxt açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası açıqlama yayıb.
 
Federasiyanın prezidenti Qabriel Qravina mövsümü avqustun 2-də tamamlamaq niyyətində olduqlarını bildirib. Açıqlamada, İtaliya hökumətinin və UEFA-nın son qərar və məsləhətlərinin dəyərləndirildiyi və cari mövsümün sonunun 2 avqust olaraq müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda rəsmi qərarın veriləcəyi bildirilib.
 
Bu qərarın rəsmiləşməsi üçün İtaliya hökumətinin cavabı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest