Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ahmet Altının atası Ali Altın dünyasını dəyişib.
 
Matc.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, futbolçunun valideyni koronavirusun qurbanı olub. Hollandiyada vəfat edən Ali Altının cənazəsi Türkiyəyə gətirilərək doğulduğu Kırşehirdə dəfn olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest