"Ersgebirge" klubunun futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə nə işlə məşğul olduğunu açıqlayıb. Matc.az xəbər verir ki, millimizin üzvü indi də sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib:

"Vaxtımı mobil telefonumla əyləncəyə, nəsə payalşamağa və başqalarının nə iş gördüyünə baxmağa sərf etmirəm. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var".

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest