La Liqa prezidenti Xavier Tebas çempionatın taleyi ilə bağlı danışıb. Matc.az xəbər verir ki, qrum prezidenti mövsümü bərapa edə biləcəklərini düşündüyünü bildirib:

"Əgər La Liqa tamamlana bilməsə, çempionata yüksələnlər və liqanı tərk edənlər olacaq. Komanda sayını çoxaltmağı düşünmürük.  Bununla belə, La Liqanı tamamlayacağımızı düşünürəm. Hazırda bütün diqqətimizi buna yönəltmişik. Ancaq oyunlar dekabra qədər azarkeşsiz keçiriləcək. Stadionlara kimin girəcəyini əvvəlcədən müəyyənləşdirmək lazımdır. Bu məsələdə çox diqqətli olmalıyıq".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Holandiya liqası dünən rəsmən ləğv edildi. çempionatın qalibi və tərk edənlərin olmayacağı bildirildi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest