Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XII turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.

"Zirə" – "Sumqayıt" matçında meydan sahiblərinin məşqiçisi Seymur Rəhimov texniki zona qaydalarını pozub. Buna görə də çalışdırıcı 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

"Keşlə" – "Qəbələ" oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.

"Səbail" – "Neftçi" görüşünün 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Buna görə də legioner 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra "Səbail"in protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir edib. O, etdiyi hərəkətə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest