Portuqaliyanın "Sportinq" klubunun bir futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, paytaxt Lissabon təmsilçisi klubun bütün işçi heyətini və komanda üzvlərini koronavirus testindən keçirib.
 
Klubdan verilən açıqlamada, komandanın bir futbolçusunda virus aşkarlandığı bildirilib.
 
Portuqaliyada 22797 nəfər koronavirusa yoluxub. 854 nəfər isə virusun qurbanı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest