İtaliyanın "Venetsiya" klubunun yarımmüdafiəçisi Antonio Junior Vakka koronavirusa qalib gəlib.
 
Matc.az "Football Italia"ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçudan götürülən son analizlərin cavabı neqativ çıxıb.
 
Xatırladaq ki, Vakkaya koronavirus diaqnozu aprelin 6-da qoyulmuşdu. O, İtaliya B Seriyasında bu virusa yoluxan ilk oyunçu olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest