Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo maradona koronavirus pandemiyasına görə dayandırılmış futbol oyunları üçün çox darıxdığını bəyan edib. Matc.az xəbər verir ki, o, ölkəsinin "El Dia de La Plata" nəşrinə açıqlamasında bunları söyləyib:
 
"Estancia Chica"ya ("Ximnasiya"nın məşq bazası) dönüb, futbolçularımla məşqlərə başlamağı dörd gözlə gözləyirəm. özümü uzun bir tətildən sonra sevgilimi görəcəkmiş kimi hiss edirəm".
 
Futbolçularla mütəmadi təmas qurduğunu söyləyən 59 yaşlı mütəxəssis, bu fasilənin elitanı tərk etmək təhlükəsiylə üz-üzə olan komandasına böyük zərbə olduğunu düşünür:
 
"Tədricən təhlükəli zonadan uzaqlaşmağa başlamışdıq. İndi federasiyanın qərarını gözləməkdən başqa çarəmiz yoxdu. Bütün senarilərə hazır olmalıyıq".
 
Martın 16-dan dayandırılan Argentina çempionatında mövsümün nə vaxt bərpa olunacağı bilinmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest