ötən mövsümün sonunda futbolçu karyerasını başa vurduğunu açıqlayan Niderland millisinin sabiq üzvü Aryen Robben yenidən yaşıl meydanlara qayıtmaq istəyir.
 
Matc.az xəbər verir ki, hazırda 36 yaşı olan sabiq futbolçu xarici mətbuata açıqlamasında bunları söyləyib:
 
"Karyeramı başa vurandan sonra futbol üçün elə də çox darıxmırdım. Amma müəyyən zaman keçdikdən sonra "bəlkə bir az da oynayım" kimi fikirlər beynimi məşğul etməyə başladı. Belə fikirlər hələ də var. Nə də olsa, mən hələ də bir idmançıyam".
 
Qeyd edək ki, karyerasının son illərini "Bavariya"da keçirən Robben, Madrid "Real"ı, "çelsi", PSV kimi klublarda da forma geyinib. O, Almaniyada 8, İngiltərədə 2, İspaniya və Hollandiyada isə 1 dəfə çempionluq yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest