"Basrelona" futbolçuları oynamağa məcbur etməyəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik oyunçuların təhlükəsizliyi baxımından belə bir qərar alıb.

Məlumata görə, La Liqa bərpa olunsa belə Kataloniya klubu koronavirus epidemiyasının hələ də davam etdiyini bildirir. Bu halda isə onlar futbolçuları meydana çıxmağa məcbur etməyəcəklərini açıqlayıblar.

"Barselona" rəhbərliyi ilə yanaşı, klubun həkimləri də bu fikirdədir. Xəbərdə daha 6 komandanın bu qərarı dəstəklədiyi qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest