Premyer Liqa rəhbərliyi mövsüm bərpa olunduqdan sonra matçlarda beş əvəzləmə etməyə icazə verməyə hazırdır.  Matc.az "The Sun"a istinadən xəbər verir ki, oyunçuların fiziki hazırlığı yüksək səviyyədə olmadığından onların zədə riskini azaltmaq üçün belə bir qərar verilə bilər.

Daha əvvəl FİFA tərəfindən təklif olunan paketdə görüşlərdə beş əvəzləmə olmasına icazə verilmişdi. Bu təsdiqlənərsə, Premyer Liqa klubları bundan istifadə etmək barədə özləri qərar verəcəklər. Bənzər bir təklif "Sampdoria"nın baş məşqçisi Klaudio Ranieri  tərəfindən də edilib.

Ancaq burada söhbət meydana 5 yeni oyunçunun girməsindən getmir. Sadəcə, əvəzlənən futbolçu bir müddətdən sonra yenidən oyuna daxil ola bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest