"Conni Evans ikinci övladı olduğu üçün evinə getsə də, yoldaşlıq matçı üçün geri qayıtdı. Keçmişdə belə şeylər olmazdı"

Şimali İrlandiya millisinin sabiq baş məşqçisi Maykl O Nil ölkə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, 2016-cı ildə Azərbaycanı məğlub etdikləri Dç-2018-in seçmə mərhələsi oyunundan da danışıb:

"Evdə oynayanda əhval-ruhiyyəmiz yaxşı olurdu, qalib gələcəyimizi hiss edirdik. Fəxr edirəm ki, Azərbaycanı evdə 4:0 hesabı ilə məğlub etdik. Bu görüşdən sonra Xorvatiya ilə yoldaşlıq matçı oynadıq. Conni Evans ikinci övladı olduğu üçün evinə getsə də, yoldaşlıq matçı üçün geri qayıtdı. Keçmişdə belə şeylər olmazdı. Bu bağlılığı görəndə düzgün istiqamətdə olduğunu görürsən.

Qeyd edək ki, Maykl O Nil bu yaxınlarda istefa verdiyini açıqlayıb.                                   

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest