"Barselona"nın sabiq yarımmüdafiəçisi Ronaldinyo Paraqvayda həbs olunandan bəri ilk dəfə müsahibə verib. Matc.az xəbər verir ki, o, bu duruma düşə biləcəyini gözləmədiyini bildirib:

"Sənədlərin saxta olduğunu biləndə təəccübləndik. Vəziyyəti aydınlaşdırmaq üçün hüquq mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğumuzu bildirdik. O andan bu günə qədər hər şeyə kömək edirik və bu məsələlərə dair izahat veririk. Həbs edilməyim mənim üçün ciddi zərbə idi, heç vaxt belə bir vəziyyətə düşəcəyimə inanmazdım. Bütün həyatımı peşəkar kimi yaşamaq və futbolumla insanlara ləzzət verməklə keçirmək istəmişəm. Paraqvay xalqının şəxsimə sevgisi və hörməti ilk gündən hiss olunurdu. Buna görə onlara minnətdaram. Bunun da keçəcəyinə inamım var. Hər zaman hər şeyin yaxşı olması üçün dua edirəm. ümid edirəm bu yaxınlarda məsələ həllini tapacaq. Sərbəst buraxıldıqdan sonra ilk işim anamı öpmək olacaq".

Qeyd edək ki, Ronaldinyo və qardaşının Paraqvayda kazino açmaq istədiyi qeyd edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest