"AVRO-2020 gələn ilin11 iyun - 11 iyul tarixlərində keçiriləcəyi ehtimal olunur. Eyni oyun cədvəlini və şəhərləri saxlamaq niyyətindəyik"

UEFA  AVRO-2020 ilə bağlı növbəti dəfə açıqlama verib. Matc.az xəbər verir ki, qrumun SEO-su çempionata ev sahiblik edəcək ölkələrdə dəyişikliyin olmadığını söyləyib.

"AVRO-2020 gələn ilin11 iyun - 11 iyul tarixlərində keçiriləcəyi ehtimal olunur. Eyni oyun cədvəlini və şəhərləri saxlamaq niyyətindəyik. Ancaq bu mərhələdəki oyun təqvimi hələ rəsmi təsdiqlənməyib. UEFA bu məsələdə 12 şəhərin hamısı ilə əlaqə saxlayır. Yeni elanlar müvafiq qaydada veriləcək. Bu gün verə biləcəyimiz əlavə bir məlumat yoxdur "-deyə, o, bildirib.

Qeyd edək ki, bu yaxınlarda Danimarka Futbol İttifaqının prezidenti Jesper Möller Kopenhagenin oyunları keçirməyə hazır olduğundan əmin olmadığını açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest