"Mançester Siti"nin hücumçusu Serxio Aquero Lionel Messi barəsində danışıb. Matc.az xəbər verir ki, o, həmyerlisinin milli komandada tənqid olunmasını düzgün hesab etməyib:

"İstənilən komanda həyatınızı çətinləşdirir. Milli komandada məğlub olduqdan sonra çox kədərlənirik. Dizimdə problem olmasına baxmayaraq, 2022-ci il dünya çempionatında oynaya bilərəm. Ancaq indi bütün düşüncələrimiz yalnız Amerika kubokuna cəmləşib. 

Messi ilə 2005-ci ildən bəri bir yerdəyik. Milli komandada oynadığına görə onu tənqid edənləri başa düşmürəm. O, hər zaman birincidir və həmişə ən yaxşısını etməyə çalışır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest