Məlumata görə, Premyer Liqa iyunun 8-də başalayacaq və iyulun sonunda yekunlaşacaq. İngiltərinin idman naziri Oliver Dovden bu barədə açıqlama verib.

İngiltərə Premyer Liqa klubları mayın 1-də onlayn konfrans keçirəcəklər. Matc.az xəbər verir ki, toplantıda mövsümün başa çatdırılması müzakirə olunacaq.

Məlumata görə, Premyer Liqa iyunun 8-də balayacaq və iyulun sonunda yekunlaşacaq. İngiltərinin idman naziri Oliver Dovden bu barədə açıqlama verib.

Tərtib edilən cədvələ əsasən, klublar mayın 18-dən etibarən məşqləri bərpa etməlidirlər. Hazırda ölkədə karantin rejiminin yumşaldılması gündəmdədir. Bu gün isə "Tottenhem"  təlim-məşq bazasını qismən açacaq.

Qeyd olunur ki, iyunun 8-də mövsümün yenidən başlaması halında matçlar azarkeşsiz keçiriləcək. çempionat başlamazdan əvvəl futbolçular və məşqçilər heyəti koronavirus üçün məcburi testdən keçəcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest