UEFA koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan milli çempionatların bərpası üçün müzakirələrə davam edir. Matc.az xəbər verir ki, qrum milli federasiyalara növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaları müəyyən etmək üçün 4 həftə vaxt verib.

Məlumata görə, UEFA prezidenti Aleksander çeferin mövsümü tamamlamaq istəməyən ölkələrə  mayın 25-nə qədər növbəti mövsüm avrokuboklarda iştirak edəcək komandaların adlarını təqdim etmələrini istəyib. Mövsümü davam etmək istəyən federasiyalara isə həmin tarixə qədər oyunların təqvimini hazırlamağı tapşırılıb.

Qeyd edək ki, Almaniya, İspaniya, İngiltərə və Fransa çempionatı davam etdirmək istəyir. Hollnadiya isə mövsümün yarımçıq dayandırıldığını elan edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest