"Barselona"nın sabiq hücumçusu Samuel Eto O İspaniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, kamerunlu futbolçu Lionel Messi haqqında da danışıb:

"O, əvvəlcə gənclər komandasında seçildi, çox yaxşı çıxış edirdi. Messinin bu səviyədə olacağını o vaxtdan bilirdik. Layiq idi, çünki o, zəhməti ilə buna nail olub. Leo ümumiyyətlə, dəyişmədi. O vaxdan bəri tanıdığım ən yaxşı adamdır. Bu yaxınlarda "Samuelə təşəkkür edirəm" dedi. Açıqlamayacağım məsləhətlər sayəsində onun karyerası dəyişib. O vaxt bəzi şeyləri düzəltməli olsa da, möhtəşəm istedada sahib idi. Onun bu hekayəsini görməkdən qürur duyuram və sevinirəm. Uğurlu çıxışı bu günə qədər də davam edir. Messinin zəfərlərini təkrarlamaq çətin, hətta imkansız olacaq. Mənim üçün ən başlıcası onun xarakteridir. Hamı onu yüksək qiymətləndirir və bir oyunçu kimi təqdir edir. Lakin o, həm də gözəl insandır və mən onun dostları arasında olduğum üçün fəxr edirəm".

Qeyd edək ki, Eto O Messi ilə birgə "Barselona"da çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest