"Altı il ard-arda çempion olan  "Qarabağ"la rəqabət aparan bir komanda hazırladıq. Onlar digər Azərbaycan komandaları ilə müqayisədə böyük büdcəyə sahibdirlər".

Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibəsi zamanı deyib. O, daha sonra belə davam edib: "Döyüşdük, yanvarda beş xal irəlidəydik. çox həvəslənmişdik. Təəssüf ki, mövsümün son oyunlarında bir neçə səhv buraxdıq və çempionatı ikinci pillədə bitirdik. Lider tamamlamaq əla bir şey olardı. çünki "Neftçi" Azərbaycanın ən titullu komandasıdır. çalışdıq amma bacarmadıq".

İtaliyalı mütəxəssis vətənində özünə marağın olmasını belə şərh edib: "Bu illərdə başa düşdüm ki, şərqdə çalışmaq sənə yeni ünvanlar gətirə bilər. İtaliyada isə şərqdə işlədiyinizi bildikdə, böyük təcrübənizin olacağına inanmırlar. öz ölkəmdən mənə marağın az olmasının səbəbini bilmirəm. Lakin özüm İtaliya çempionatını internet vasitəsilə izləyirdim. Ancaq burada da başqa ölkələrdən təkliflər gələ bilər. Avroliqanın təsnifat mərhələsində "Arsenal"ı (Tula) üstələdiyimiz oyundan sonra mənə Rusiyadan təklif gəlmişdi. Ancaq ölkəmdə çalışmaq ehtimalı olduğunu da nəzərdən keçirdiyim üçün evə qayıtmağı üstün tutdum".

Qeyd edək ki, Roberto Bordin "Neftçi"də 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest