İngiltərənin "Mançeter Yunayted" klubu 2020/21 mövsümündən etibarən azarkeşlərin "Old Trafford" stadionunda oyunları ayaqüstə izləyə biləcəklərini açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Arenada 1 500 nəfərlik tərəfdar üçün təhlükəsizlik baryerlərinin quraşdırılması məqsədilə müvafiq razılıq alınıb. Bu üsuldan növbəti mövsümün sonlarına doğru istifadə ediləcəyi, uğurlu olacağı halda azarkeş tutumunun artırılacağı bildirilib.
 
Qeyd edək ki, 1989-cu ildə "Hillsboro" stadionunda "Liverpul" və "Nottingem Forest" komandaları arasında keçirilən matç zamanı tribunanın çökməsi nəticəsində 96 azarkeşin ölümünə səbəb olan faciədən sonra İngiltərədə azarkeşlərin ayaqüstə matç izləmələri qadağan olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest