İtaliyanın "Torino" klubunun prezidenti Urbano Kayro koronavirusla mübarizəyə dəstək üçün məvacibindən imtina edib.
 
Matc.az xəbər verir ki, klub rəhbəri, mart, aprel, may və iyun ayları üçün nəzərdə tutulan 500 min avro məvacibini pandemiya ilə mübarizə üçün bağışlayacaq.
 
Bundan başqa, Kayro ehtiyacı olan ailələrə kömək məqsədiylə 5 min avroluq yardım da edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest