Dünyanın ən yaxşı penalti vuran oyunçuların siyahısı açıqlanıb. Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Real"ın oyunçusu Eden Azar  bu sahədə ən sərrast oyunçu olub.

Məlumata görə, belçikalı futbolçu karyerası boyunca 56 dəfə penalti vurub və bunların sadəcə yeddisini qola çevirə bilməyib. İkinci sırada Madrid təmsilçisinin bir digər üzvü Kərim Benzema yer alıb. Fransalı qolcu bu günə qədər vurduğu 17 penaltinin ikisində çərçivəyə düşə bilməyib.

"Yuventus"un hücumçusu Kristiano Ronaldo isə 3-cü pillədə qərarlaşıb. Portuqaliyalı ulduz futbolçu 143 penalti zərbəsindən 121-də qol sevinci yaşayıb. Messi isə cədvəldə 9-cu pillədədir. Argentinalı 115 zərbədən 89-nu qola çevirib.

"TOP-10"u nəzərinizə çatdırırıq:

1. Eden Azard ("Real") — 49 penalti (7 uğursuz cəhd, 88 faiz düzgün zərbə)

2. Kərim Benzema ("Real") — 15 (2, 88 faiz)

3. Kristiano Ronaldo ("Yuventus") — 121 (22, 85 faiz)

4. Harri Keyn ("Tottenhem") — 37 (7, 84 faiz)

5. Luis Suares ("Barselona") — 40 (9, 82 faiz)

6. Məhəmməd Salah ("Liverpul") — 13 (3, 81 faiz)

7. Neymar (PSJ) — 51 (13, 80 faiz)

8. Serxio Aquero ("Mançester Siti") — 46 (13, 78 faiz)

9. Lionel Messi ("Barselona") — 89 (26, 77 faiz)

10. Antuan Qrizmann ("Barselona") — 17 (8, 68 faiz)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest