Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klublar yerli hökumət razılıq verəcəyi təqdirdə 2019/20 mövsümünün qalan oyunlarını keçirmək niyyətindədilər.
 
Matc.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə qeyd olunub ki, komandalar idman prinsiplərini qorumaq məqsədilə çempionatın başa çatıdırılmasını istəyirlər:
 
"Klublar dövlətin dəstəyinə görə minnətdardılar. Premyer Liqa təmsilçiləri yalnız hökumətin razılığı ilə mütəxəssislərin rəhbərliyi altında, futbolçu və baş məşqçilərlə məsləhətləşmədən sonra məşqlərə başlamaq və oyunları başlatmaq üçün ilk addımları nəzərdən keçirirlər".
 
Britaniya mətbuatının yazdığına görə, klublar mayın 18-dən məşqlərə başlaya bilərlər. çempionatın iyunun 12-də bərpa olunacağı, matçların isə neytral meydanlarda keçirilməsi ehtimal olunur.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest