İsveçdə koronavirusa görə dayandırılmış futbol yarışları iyunun 1-dən etibarən bərpa olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İsveçdə əvvəlcə kubok, daha sonra yerli çempionatın oyunları keçiriləcək.
 
İsveç kubokunun 1/4 final mərhələsinə iyunun 1-də start veriləcək. ölkə çempionatı – Allsvenskan isə iyunun 14-dən başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest