Fransanın "Monpelye" klubunun müdafiəçisi Junior Sambiya koronavirusa qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Aprel ayında koronavirus pandemiyasına yoluxan 23 yaşlı futbolçunun vəziyyəti ağır olduğundan, xəstəxanaya aparılmışdı. Onun hətta komada olduğuna dair də xəbərlər yayılmışdı.
 
Lakin son açıqlamaya görə, futbolçu artıq sağalıb. O, xəstəxanadan evə buraxılıb. Klub Sambiyanın tezliklə yaşıl meydanlarda görünməsini arzulayıb.
 
2017-ci ildən "Monpelye"nin şərəfini qoruyan futbolçu, cari mövsümdə 22 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest