Almaniyanın "Verder" klubunun futbolçu və məşqçi heyəti koronavirus testindən keçib. 
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, analizlərin heç birinin nəticəsi müsbət çıxmayıb. Yaxın günlərdə Bremen təmsilçisində hər kəs təkrar koronavirus testindən keçəcək.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Almaniya Bundesliqasında 2019/20 mövsümünün bu ay qaldığı yerdən davam etdirilməsi planlaşdırılır. ölkə rəhbərliyinin bununla bağlı mayın 6-da qərar verməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest