"Barselona"nın futbolçuları koronavirus testindən keçəcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Xəbərdə, "Barselona"nın bütün futbolçularının mayın 6-da koronavirus testindən keçəcəkləri bildirilib. Testin nəticələri yaxşı olsa, futbolçular klubun bazasında fərdi məşqlərə başlaya biləcək.
 
İspaniya La Liqasında mövsümün iyunda bərpa olunacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest