İngiltərə Premyer Liqasında 2020-21 mövsümünün azarkeşsiz keçirilməsi müzakirə edilir. Matc.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssislər koronavirus infeksiyasının peyvəndi tapılmadan stadionlara tamaşçıların gəlməsini doğru saymır.

Məlumata görə, Premyer Liqanın cari mövsümü bərpa edilsə də, qarşılaşmalar azarkeşsiz davam edəcək. Ancaq stadionlar yalnız bu mövsüm yox, növbəti il də tamaşaçısız qala bilər. Hazırda təşkilatçılar bunun komandalara nə qədər maddi ziyan vura biləcəyini müzakirə edir.

Xatırladaq ki, Premyer Liqa koronavirus pandemiyası səbəbindən martın 13-də mövsümü təxirə salıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest