Ukrayna millisinin sabiq futbolçusu Marko Deviç yerli mətbuata müsahibə verib. Matc.az xəbər verir ki, karyerasını "Sabah"da başa vuran 37 yaşlı futbolçu artıq fərqli şeylər barədə düşünməyə başladığını bildirib:

"Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə olan müqavilə bu qərarı verməyimə təsir etdi.Artıq məşqə getmək üçün özümü həvəsləndirə bilmirdim. Ailəmlə fikirləşdim və sadəcə meydanda futbolla vidalaşdım. Uzun müddət ölkə xaricində çıxış etdim və bundan qürür duyuram. Futboldan tamam ayrılmamışam. İdarəedici və ya məşqçi olacam. "A" lisenziyam var və yüksək məşqçilik kursunda iştirak etməyi planlaşdırıram".

Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. ötən yay Serbiyanın "Voydovats" klubuna keçən Deviç qış fasiləsində yenidən paytaxt klubuna transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest