"Qalatasaray"ın və Uruqvay millisinin qapıçısı Fernando Muslera karyerasını Argentinada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Boka Xuniors" oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, komandanın əsas qapıçısı Esteban Andrada klubdan ayrılacaq. Rəhbərlik onun yerinə Musleranı düşünür. Ancaq "Boka Xuniors" Fernandonu almaq üçün çox səy göstərməli olacaq. Belə ki, uruqvaylı qolkiper Türkiyədə illik 3,5 milyon avro qazanır.

Qeyd edək ki, "Qalatasaray" bu yaxınlarda təcrübəli qapıçıya yeni müqavilə təklif etməyə hazırlaşır. Ancaq İstanbul təmsilçisi yeni sözləşmədə həmin maaşı vermək istəmir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest