Fransanın "Lill" klubunda çıxış edən Yusuf Yazıcı yerli mətbuata müsahibə verib. Matc.az xəbər verir ki, Türkiyə millisinin üzvü Liqa 1-in təxirə getməsinin gözlənilməz olduğunu bildirib:

"Qərardan iki-üç gün öncə klubun idman direktoru ilə danışıb, məşqlərə nə vaxt dönəcəyimizi planlaşdırırdıq. Ancaq qısa vaxt sonra mövsüm ləğv edildi. Qərara hörmətlə yanaşırıq. İnsan sağlamlığı hər şeydən önəmlidir".

23 yaşlı futbolçu AVRO-2020-nin təxirə getməsinə də müsanibət bildirib: "Avropa çempionatının təxirə getməsi bizim üçün yaxşı oldu. Zədəli oyunçularımız çox idi, buna qədər onlar da sağalarlar. Futbol oynamağı çox özləmişik. ümid edək ki, qısa vaxtda hər şeyə normala dönəcək".

Qeyd edək ki, Türkiyə İtaliya, İsveç və Uels millisi ilə bir qrupda mübarizə aparacaq. "Ay-ulduzlular" İsveç və Uels görüşlərini Bakıda keçirəcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest