İngiltərə Peşəkar Futbol Assosiasiyasının icraçı direktoru Qordon Taylor mövsümün davamı üçün maraqlı bir təklif edib. Matc.az xəbər verir ki, o, qarşılaşmaları 45 dəqiqədən ibarət keçirməyi söyləyib.

İngiltərə Premyer Liqası avqustun 2-dən əvvəl başa çatması üçün UEFA-nın tövsiyəsinə əsasən, qalan turlar yeddi həftə ərzində keçirilməlidir. Həm də bu baxımdan FA Kubokunun qalan oyunlarını bitirmək planlaşdırılır. Bu səbəbdən də iyunun 19-dək mövsümün qalan hissəsini keçirməyə başlamaq düşünülür.

Bu tarixdən əvvəl matçlar bərpa olunmasa, İngiltərə çempionatının erkən bitəcəyi ehtimal edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest