Kilian Mbappenin PSJ ilə müqavilə uzatmaq üçün şərti var. Matc.az xəbər verir ki, fransalı oyunçu yeni sözləşmədə "top" klublardan təklif gəlsə, ayrılacacağını bildirən maddə tələb edir.

21 yaşlı hücumçunun Paris klubu ilə 2021-ci ilə qədər müqaviləsi var. Əgər rəhbərlik Mbappe ilə sözləşmə uzada bilməsə, oyunçu gələn mövsüm azad agent olacaq. Bunun üçün də gənc forvard mövsüm sonu satıla bilər.

Xatırladaq ki, Mbappeylə "Real" və "Liverpul" maraqlanır. Oyunçunun Madrid təmsilçisinə daha yaxın olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest