İzmir təmsilçisi sözləşməsi mövsüm sonunda bitəcək olan 7 oyunçudan 5-ni saxlamaq niyyətindədir. Onların arasında Ufukun da adı var.

Azərbaycan millisinin futbolçusu Ufuk Budak "Altınordu"da qala bilər. Matc.az xəbər verir ki, Türkiyə klubu müdafiəçiyə yeni müqavilə təklif edib.

İzmir təmsilçisi sözləşməsi mövsüm sonunda bitəcək olan 7 oyunçudan 5-ni saxlamaq niyyətindədir. Onların arasında Ufukun da adı var. Klub rəhbərliyinin gələn həftə futbolçularla görüşəcəyi bildirilir.

Qeyd edək ki, Ufuk Budak "Altınordu"ya ötən ilin yayında "Boluspor"dan keçib. 30 yaşlı müdafiəçi 2011-ci ildən Azərbaycan millisində çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest