"Barselona" Lautaro Martinesin komandaya keçəcəyinə inanır. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, argentinalı futbolçu PSJ-nin də maraq dairəsindədir.

Məlumata görə, Kataloniya klubu 22 yaşlı forvardın transferində israrlıdır. "İnter" hələlik "Barselona" ilə razılığa gələ bilməyib. Martineslə PSJ-nin də maraqlandığı iddia edilir.

 Ancaq Kataloniya təmsilçisi hücumçunun özlərini seçəcəyindən əmindir. Rəhbərlik futbolçunun Messi ilə olan münasibətinin qərarına təsir edəcəyini düşünür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest