Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bir neçə gün öncə halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən 70 yaşlı klub rəhbərinin bir neçə əməliyyata ehtiyacı olduğu açıqlanmışdı.
 
İstanbul təmsilçisinin yaydığı məlumata görə, artıq Cengiz ilk əməliyyatdan uğurla keçib. Onun beynindən əməliyyat olunduğu bildirilir. Bir müddət reanimasiyada qalacaq klub prezidentinin səhhəti ilə bağlı əlavə məlumatlar da veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest