COVİD-19 pandemiyası ilə əlaqədar futbol oyunlarına fasilə verilməsi və Azərbaycan Premyer Liqasında oyunların bərpa olunacağı təqdirdə bütün texniki detalları nəzərə alaraq, AFFA oyun ərzində əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FİFA-ya rəsmi müraciət ünvanlamışdı.
 
Matc.az xəbər verir ki, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FİFA-ya eyni məzmunlu müraciət edib.
 
AFFA-ya bu gün daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.
 
Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest